"Liverpul"dan səkkizinci transfer
İngiltərənin “Liverpul” klubu daha bir transfer həyata keçirib.

Klub “Sevilya”nın futbolçusu Alberto Morenonu heyətinə cəb edib.

İspaniyalı 22 yaşlı müdafiəçi bu gün “Real”la superkubok matçına çıxmalı idi. Lakin “Liverpul”la razılıq əldə etdiyi üçün onun adı oyunun iştirak ərizəsindən çıxarılıb.

Xatırladaq ki, “Liverpul” yay fasiləsində buna qədər daha yeddi transfer edib.

Xəbər 928 dəfə oxundu.