"Zenit" "Mançester Siti" ilə razılığa gəldi
"Mançester Siti" klubunun yarımmüdafiəçisi Xavi Qarsiya karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

İspaniyalı futbolçu "Zenit"in maraq dairəsinə düşüb.

Artıq hər iki komanda arasında razılıq əldə olunduğu iddia edilir. Bu transferin Peterburq təmsilçisinə 10-15 milyon avroya başa gələcəyi bildirilir.

Qeyd edək ki, Qarsiya ötən mövsüm "Mançster Siti"nin heyətində keçirdiyi 43 oyunda 9 qola imza atıb.

Xəbər 885 dəfə oxundu.