"Simurq" "Bakı"nın iki futbolçusunu transfer etdi
"Simurq" klubu daha iki futbolçunun transferini rəsmiləşdirib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda gənc futbolçular Vadim Abdullayev və Vüqar Mustafayevlə 3 illik müqavilə imzalayıb.

Vadim Zaqatala təmsilçisinin heyətində "5", Vüqar isə "14" nömrəli forma geyinəcək.

Qeyd edək ki, hər iki yarımmüdafiəçi ötən mövsüm "Bakı" klubunda çıxış edib. Vadim Abdullayev Premyer Liqada 19, Vüqar Mustafayev isə 16 qarşılaşmada meydana çıxıb.


Xəbər 833 dəfə oxundu.