Portuqaliya superkubokunun qalibi müəyyənləşdi
Futbol üzrə Portuqaliya superkubokunun qalibi müəyyənləşib.

Həlledici görüşdə çempionatın qalibi "Benfika" və ölkə kubokunun sahibi "Rio Ave" komandaları üz-üzə gəlib.

Matçın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda da qol olmayınca qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "Benfika" klubu (3:2) tarixində 5-ci dəfə superkuboku muzeyinə aparıb.

Qeyd edək ki, Portuqaliya superkubokuna ən çox "Portu" klubu sahib çıxıb. Komanda 20 dəfə ölkə superkubokunun qalibi olub.

Xəbər 810 dəfə oxundu.