"Barselona"dan transfer açıqlaması
"Barselona" bu yay daha bir transfer edə bilər.

Kataloniya təmsilçisi "Fiorentina"nın oyunçusu Xuan Kuadrado ilə maraqlanır.

Bu iddialara cavab verən "Barsa"nın idman direktoru Andoni Zubizaretta deyib ki, oyunçunu komandaya cəlb etmələri mümkündür: "Hazırkı heyət bizi qane edir. Ancaq lazım olsa, yeni futbolçular transfer edəcəyik. Hər an hər şey ola bilər".

Klub rəsmisi eyni zamanda Daniel Alveşin də komandadakı gələcək karyerasına aydınlıq gətirib: "Alveş üçün hər hansı bir təklif almadıq. Braziliyalı futbolçu komandanın heyətində yer alır və məşqlərdə özünü yaxşı tərəfdən göstərir".

Xəbər 968 dəfə oxundu.