"Çelsi"dən "Fiorentina"ya 45 milyon avro
"Fiorentina" klubunun futbolçusu Xuan Kuadradoya təkliflər gəlməkdə davam edir.

"Mançester Yunayted" və "Barselona"nın ardından "Çelsi" də təcrübəli futbolçu ilə yaxından maraqlanır.

London təmsilçisi kolumbiyalı futbolçunun transferi üçün qarşı tərəfə 45 milyon təklif edib. Lakin "Fiorentina" bu təklifə münasibət bildirməkdə tələsmir. İtaliya klubu Kuadradonu daha yüksək məbləğə satmağı düşünür.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2012-ci ildən "Fiorentina"nın şərəfini qoruyur.

Xəbər 925 dəfə oxundu.