"Atletiko" "Borussiya"nın futbolçusunu istəyir
Transfer çalışmalarını davam etdirən "Atletiko" (Madrid) klubu növbəti transfer hədəfini açıqlayıb.

Madrid təmsilçisi "Borussiya" (Dortmund) klubunun futbolçusu Marko Roysu heyətinə qatmaq istəyir.

"Atletiko" Avropanın aparıcı klublarının transfer hədəfində olan almaniyalı futbolçu ilə danışıqlara başlayıb. Tərəflər arasında razılıq əldə olunarsa, Roys yeni mövsümdən "Land of Fire Azerbaijan" forması geyinəcək.

Qeyd edək ki, Roysla "Arsenal", "Mançester Yunayted" və "Barselona" klubları da yaxından maraqlanır.

Xəbər 796 dəfə oxundu.