Venger “Arsenal”ın yeni kapitanını təqdim etdi
“Arsenal” klubunun yeni kapitanı müəyyənləşib.

Vermalenin “Barselona”ya transferindən sonra baş məşqçi Arsen Venger kapitanlıq sarğısını təcrübəli futbolçu Mikel Artetaya həvalə edib.

İspaniyalı futbolçu “Mançester Siti” ilə ötən gün keçirilən superkubok oyununda ilk dəfə olaraq kapitanlıq sarğısını qoluna taxıb. Vitse-kapitan isə Per Mertezaker seçilib.

Qeyd edək ki, “Arsenal” superkubok oyununda “Mançester Siti”yə qalib gəlib və Mikel Arteta “Arsenal”ın kapitanı kimi ilk kubokunu başı üzərinə qaldırıb.

Xəbər 798 dəfə oxundu.