Mariya Stadnik və Yuliya Ratkeviç yenə birincidir
Beynəlxalq Güləş Federasiyası - FİLA təqvim planı üzrə iyul ayında keçirilən yarışların nəticələrinə əsasən, avqust ayı üçün qadın güləşçilərin reytinq siyahısını açıqlayıb.

İdman.com.az saytı xəbər verir ki, bu dəfəki siyahı Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl qran-pri" beynəlxalq turnirinin final mərhələsində güləşçilərin qazandığı nəticələr əsasında hazırlanıb.

Qadın güləşçilərin reytinq siyahısına 4 güləşçimizin adı daxil edilib.

48 kq
1. Mariya Stadnik (1)

58 kq
7. İrina Netreba (6)

60 kq
1. Yuliya Ratkeviç (1)

69 kq
19. Raqnetta Qurbanzadə (18)

Xəbər 1030 dəfə oxundu.