"Beşiktaş"dan rəsmi transfer
"Beşiktaş" heyətinə daha bir futbolçu cəlb edib.

Gökhan Töre ilə beş illik müqavilə imzalanıb. Bu transfer üçün İstanbul təmsilçisi oyunçunun məxsus olduğu "Rubin"ə (Kazan) 4.5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, G.Töre ötən mövsüm "Beşiktaş"da icarə əsasında oynayıb.

Xəbər 891 dəfə oxundu.