İki şahmatçımız Veyk an Zeeyə hazırlaşır

Azərbaycan qrossmeysterləri Vüqar Həşimov və Teymur Rəcəbov gələn il yanvarın 13-29-da Hollandiyanın Veyk an Zee şəhərində keçiriləcək ənənəvi superturnirdə iştirak edəcəklər. Həşimov və Rəcəbovdan başqa turnirdə Maqnus Karlsen (Norveç), Sergey Karyagin (Rusiya), Veselin Topalov (Bolqarıstan), Vasili İvançuk (Ukrayna), Qata Kamski (ABŞ), Hikaru Nakamura (ABŞ), Boris Gelfand (İsrail), Aniş Giri (Niderland), Lük Van Veli (Niderland), Fabiano Karuanu (İtaliya), David Navara (Çex Respublikası) və Levon Aronyan (Ermənistan) çıxış edəcəklər.
Norveçli Maqnus Karlsen turnirin reytinq favoritidir. Turnirin orta reytinqi 2752-dir ki, bu da FİDE-nin XXI kateqoriyasına müvafiqdir və turnirin çoxillik tarixində ən yüksək göstəricidir.

Xəbər 1197 dəfə oxundu.