İbrahimoviçdən möhtəşəm statistika
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç uğurlu statistikası ilə diqqət çəkir.

İsveçli hücumçu son 13 ildə oynadığı klublarla 11 dəfə çempion olmağı bacarıb.

Futbolçu karyerasına "Malmö"də başlayan İbrahimoviç "Ayaks" (2), "Yuventus" (2), "İnter" (3), "Barselona" (1), "Milan" (1) və PSJ (2) klublarında ölkə çempionluğu sevinci yaşayıb.

Qeyd edək ki, İbrahimoviçin şərəfini qoruduğu PSJ bu mövsüm də Fransa Liqasını qazanmağa əsas favoritdir.

Xəbər 859 dəfə oxundu.