"Çelsi" Premyer Liqanın əsas favoritidir"
İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen yeni mövsüm üçün Premyer Liqanın favoritini açıqlayıb.

"A Bola"ya danışan Ouen "Çelsi"nin Premyer Liqanın qalibi ola biləcəyini deyib:

"Ötən mövsüm Joze Mourinyonun komandasının hücum xəttində problemlər var idi. Ancaq Dieqo Kostanın gəlişi ilə vəziyyət dəyişdi. Bu baxımdan "Çelsi"ni Premyer Liqanın əsas favoriti hesab edirəm. Droqba əvvəlki kimi "Çelsi" üçün önəmli futbolçu olmayacaq. Ancaq o bir neçə oyunda vacib qol vurmaqla komandasının uğur qazanmasında böyük rol oynayacaq".

Xəbər 862 dəfə oxundu.