"Neftçi" Gürcüstanda son məşqini etdi
Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. “Neftçi” Gürcüstanın paytaxtı Tbilisidə “Çixura” ilə üz-üzə gələcək. Mixael Mesxi adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Oyundan öncə “Neftçi” dünən son məşqinə çıxıb. Əsasən topla hərəkətlər və ümumi hazırlıqdan ibarət olan məşq 1 saat davam edib.

Qeyd edək ki, “Çixura” və “Neftçi” klubları arasında Bakıda keçirilən ilk oyunda qol vurulmayıb.

Xəbər 840 dəfə oxundu.