“Qarabağ”da növbəti ciddi itki
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda hazırda “Zalsburq”la qarşılaşan “Qarabağ” növbəti dəyişiklik etməyə məcbur olub.

Bu dəfə komandanın müdafiəçisi Maksim Medvedyev zədələnərək oyunu davam etdirə bilməyib. Onu gənc futbolçu Tərlan Quliyev əvəzləyib.

Xatırladaq ki, görüşün 15-ci dəqiqəsində İlqar Qurbanov da zədə səbəbindən oyunu yarımçıq tərk edib.

Xəbər 788 dəfə oxundu.