Arda: "Gedişimin "Qalatasaray"a təsiri olmadı"
"Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan "Qalatasaray"la oynayacaqları yoldaşlıq matçı öncəsi maraqlı fikirlər səsləndirib.

Sabiq klubunun televiziya kanalına danışan Arda gedişinin "Qalatasaray"ın gücünə təsir etmədiyini bildirib:

"İki klubun da böyüklüyünə yaraşacaq bir oyun olacaq. Daha öncə Manisada "Qalatasaray"a qarşı oynamışam. İndi də mənim üçün çətin olacaq. Çünki "Qalatasaray" mənim üçün özəl bir klubdur.

Qələbə qazanmağa məcburuq. Xeyriyyə matçı olduğu üçün insanların işlərini yarımçıq qoyaraq bu görüşü izləməyə gələcəklərini düşünürəm. "Qalatasaray"ın böyük komanda olması şübhəsizdir. Böyük komandalar ən yaxşı oyunçularını "itirdik"də belə zəifləmirlər. Mənim də gedişimin "Qalatasaray"a heç bir təsiri olmadı".

Xəbər 812 dəfə oxundu.