Daha 2 erməni güləşçisini məğlub etdik
Xorvatiya paytaxtı Zaqrebdə gənclərin dünya çempionatında güləşçilərimiz qarşılaşdıqları erməniləri məğlub etməkdə davam edir.

Belə ki, 66 kq çəkidə Ruhin Mikayılov və 84 kq çəkidə İslam Abbasov erməni rəqiblərini məğlub edərək növbəti mərhələyə yüksəlib. İslam Abbasov 44 saniyədə rəqibini tam üstünlüklə mübarizədən kənarlaşdırıb.

Bu iki məğlubiyyətlə barışmaq istəməyən erməni məşqçi hirsini öz yetirmələrini təpikləməklə çıxmağa çalışıb.

Xəbər 954 dəfə oxundu.