Hacı və Ruslan birinciliyi qorudu, Cəbrayıl Həsənov ikinci oldu / REYTİNQ
Beynəlxalq Güləş Federasiyası - FİLA təqvim planı üzrə iyul ayında keçirilən yarışların nəticələrinə əsasən, avqust ayı üçün sərbəst növ üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb. Bu dəfəki siyahı Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində güləşçilərin qazandığı nəticələr əsasında hazırlanıb.

Sərbəst güləş üzrə reytinq siyahısına 14 pəhləvanımızın adı daxil edilib. Yaşar Əliyev, Məhəmməd Müslümov, Emin Əzizov, Aleksandr Qostiyev və Aslan Dzebişov "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində qazandıqları nəticəylə adlarını reytinq siyahısına yazdırıb. "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsini qızıl medalla tamamlayan Cəbrayıl Həsənov isə, bir pillə irəliləyərək reytinqdə ikinci sıraya yüksəlib.

57 kq
5. Əhmədnəbi Qvarzatilov (61 kq - 7)
17. Yaşar Əliyev (nr)

61 kq
1. Hacı Əliyev (1)

65 kq
12. Məhəmməd Müslümov (nr)

70 kq
2. Ruslan Dibirhacıyev (2)
15. Emin Əzizov (nr)

74 kq
2. Cəbrayıl Həsənov (3)

86 kq
9. Həmzət Osmanov (7)
19. Aleksandr Qostiyev (nr)

97 kq
3. Xetaq Qazyumov (3)
6. Şərif Şərifov (6)

125 kq
6. Əli İsayev (4)
7. Cəmaləddin Məhəmmədov (5)
14. Aslan Dzebişov (nr)

Qeyd: Mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.

Xəbər 1492 dəfə oxundu.