GDÇ-2014 ikinci gün: yunan-Roma güləşçiləri yarışır
Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Xatırladaq ki, ilk yarış günündə güləşçilərimiz 3 qızıl medal qazanıb.

55 kq
1/16 final - Mihael Besenic (CRO) - Murad Məmmədov 0:10 (10 saniyə ərzində təmiz qələbə)
1/8 final - Murad Məmmədov - Kurşnat Kurade (İND)

66 kq
1/16 final - Ruhin Mikayılov - Daniel Kataraqa (MDA) 2*:2
1/8 final - Hrant Kalaçyan (ARM) - Ruhin Mikayılov

84 kq
1/16 final - İslam Abbasov - Yoan Dimitrov (BUL) 8:0
1/8 final - Emil Sandahl (SWE) - İslam Abbasov 0:4
1/4 final - Varujhan Qriqoryan (ARM) - İslam Abbasov

120 kq
1/16 final - Əli Həsənov - Seunqçan Lee (KOR) 0:8

Xəbər 1027 dəfə oxundu.