Messi: "Çox həyəcanlanıram"
"Barselona" klubunun futbolçusu Lionel Messi yeni mövsüm haqda danışıb.

Argentinalı hücumçu "facebook" hesabından yeni baş məşqçiləri Luis Enrike ilə uğurlar qazanacaqlarına inandığını deyib:

"İstirahətdən sonra "Barselona"ya döndüm. Komanda yoldaşlarımı yenidən görmək yaxşı oldu. İndidən yeni mövsüm üçün çox həyəcanlanıram. Yeni mövsümdə böyük uğurlar qazanmaq istəyirik".

Xəbər 743 dəfə oxundu.