Oskar Kardozo rəsmən "Trabzonspor"da
Oskar Kardozonun "Trabzonspor"a keçidi rəsmiləşib.

Klub rəsmi saytından oyunçunu heyətinə cəlb etdiyini açıqlayıb.

Bu transfer üçün paraqvaylı futbolçunun son klubu "Benfika"ya 5 milyon
avro ödəniləcəyi bildirilib.

Qeyd edək ki, "Trabzonspor" O.Kardozo ilə ötən yaydan maraqlanırdı.

Xəbər 1065 dəfə oxundu.