Qvardiola: "O, "Barselona"ya transfer olunmayacaq"
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola futbolçusu Jerom Boatenqin "Barselona"ya transfer olunacağı ilə bağlı yayılan iddiaları cavablandırıb.

O, 25 yaşlı müdafiəçinin heç yerə getməyəcəyini deyərək xəbərləri təkzib edib:
"Boatenq yeni mövsümdə də "Bavariya"da oynayacaq. O, "Barselona"ya transfer olunmayacaq".

Xəbər 884 dəfə oxundu.