Rafael Markes yenidən Avropada
"Barselona" klubunun sabiq futbolçusu Rafael Markes karyerasını yenidən Avropada davam etdirəcək.

Meksikalı futbolçu İtaliya A Seriya təmsilçisi "Verona" ilə anlaşıb.

35 yaşlı futbolçunun son klubu "Leon"la "Verona" arasında razılıq əldə olunub və Markes yeni mövsümdən İtaliya A Seriyasında çıxış edəcək.

Qeyd edək ki, Markes 2003-2010-cu illərdə "Barselona"nın şərəfini qoruyub.

Xəbər 812 dəfə oxundu.