"Qarabağ" Avstriyaya getdi
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Zalsburq"la qarşılaşacaq "Qarabağ" klubu Avstriyaya yollanıb.

Komanda çarter reysi ilə Zalsburq şəhərinə yola düşüb.

"Qarabağ" sabah Avstriyada Bakı vaxtı ilə saat 23:00-da oyunun keçiriləcəyi "Red Bull Arena"da məşqə çıxacaq.

Qeyd edək ki, "Zalsburq" - "Qarabağ" oyunu avqustun 6-da, saat 23:30-da keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutan görüşdə "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanıb.

Xəbər 909 dəfə oxundu.