Brendan Rodcers: "Balotellini transfer etməyəcəyik"
"Liverpul"un baş məşqçisi Brendan Rodcers Mario Balotellini transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

Təcrübəli mütəxəssis italiyalı hücumçunu almayacaqlarını deyib:

"Əminliklə söyləyə bilərəm ki, Balotelli "Liverpul"a keçməyəcəyək. Mən onun çox yaxşı futbolçu olduğunu söylədim və bundan sonra Balotellinin "Liverpul"a transfer olunacağı ilə bağlı xəbərlər yayıldı. Onu heyətə cəlb etməyəcəyik".

Xəbər 841 dəfə oxundu.