Tağıyev Ramiz Cahangir oğlu
Tağıyev Ramiz Cahangir oğlu 10 may 1948-ci ildə Qazax rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1973-cü ildə «Məhsul» KKİC-də məşqçi-müəllim, 1975-1991-ci illərdə Qazax rayon Bədən Tərbiyəsi İdman Komitəsi nəzdində UGİM-də direktor, 1991-2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Qazax rayon filalında bədən tərbiyəsi müəllimi, Qazax rayonunda UGİM-də sərbəst güləş üzrə baş məşqçi vəzifəsində işləyib. Bir çox yetirməsi dünya və Avropa birinciliklərində mükafata layiq görülüb. Bunlardan Umudov Firdovsi, Hüseynov Seymur, Süleymanov Xəqan, Şahmalıyev Nəsimi və s. Azərbaycan Respublikasının əməkdar məşqçisi, Respublika dərəcəli hakim, SSRİ-i və Azərbaycan Respublikasının Bədən tərbiyəsi və idman əlaçısı, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, yüksək kateqoriyalı məşqçi-müəllim fəxri adlarına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1856 dəfə oxundu.