Vilya: "Atletiko" yenə çempion ola bilər"
Yeni mövsümdən karyerasını ABŞ-ın "Nyu-York Siti" klubunda davam etdirəcək David Vilya sabiq komandası Madrid "Atletiko"su haqda danışıb.

İspaniyalı futbolçu "Marca" qəzetinə açıqlamasında Madrid təmsilçisinin La Liqada yenə çempion ola biləcəyini bildirib:

"Atletiko" komandadan gedən futbolçuların yerini doldurdu. Bu komanda La Liqada yenə çempion ola bilər. Avropada demək olar ki, bütün uğurlara imza atdım. Hər şeyə sıfırdan başlamaq üçün ABŞ-ı seçdim. Artıq Avropadan ABŞ-a gələn futbolçuların sayı durmadan artır ki, bu da bizim üçün yaxşıdır".

Qeyd edək ki, 2013/2014 mövsümündə "Atletiko"da çıxış edən Vilya keçirdiyi 36 oyunda 13 qol vurmağa müvəffəq olub.

Xəbər 812 dəfə oxundu.