"Qəbələ" "Qaradağ-Lökbatan"la qarşılaşacaq
Hollandiya toplanışının ardından paytaxtda bir araya gələn "Qəbələ" "Bakı" klubunun təlim-məşq bazasında növbəti mövsümün hazırlıqlarını davam etdirir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Premyer Liqanın startı öncəsi yoxlama matçında qüvvəsini sınayacaq.

Sabah keçirilməsi planlaşdırılan qarşılaşmada "qırmızı-qaralar" I divizion təmsilçisi "Qaradağ-Lökbatan"la üz-üzə gələcək. Matç "Bakı" klubunun təlim-məşq bazasında saat 18:00-da start götürəcək.

Komanda Bakıda son məşqinə bu gün saat 19:00-da çıxacaq. "Qırmızı-qaralar" avqustun 3-də Qəbələyə yollanacaqlar.

Xəbər 807 dəfə oxundu.