“İnter”in sabiq futbolçusu dünyasını dəyişdi
Bu gün 42 yaşında ötənlərin məşhur futbolçusu Valentin Belkeviç dünyasını dəyişib. O, ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, V.Belkeviç 2010-cu ildən Kiyevin “Dinamo” klubunun əvəzedici heyətində məşqçi kimi çalışıb. O, futbolçu karyerası ərzində Minskin və Kiyevin “Dinamo” komandalarında, eləcə də Belarus millisindəki oyunları ilə ad çıxarıb.

Belkeviç 2008-2009-cu il mövsümündə Bakının “İnter” klubunun da şərəfini qoruyub. O, paytaxt təmsilçisində beş oyun keçirib.

Xəbər 832 dəfə oxundu.