"Neftçi" Kanalesi geri qaytara bilər | |
"Nefçi" klubu sabiq hücumçusu Nikolas Kanalesi yenidən komandaya qaytarmaq istəyir. Bu barədə komandanın baş məşqçisi Böyükağa Hacıyev "Çixura" ilə oyundan sonra təşkil olunan mətbuat konfransında deyib: "Biz müəyyən hücumçularla danışıq aparırırıq. Bunların arasında Kanales də var. "Çixura" səddini keçsək, mütləq bizə yeni hücumçu lazım olacaq. Ola bilsin ki, Kanalesi də geri qaytardıq". Qeyd edək ki, 2012/2013 mövsümündə "Neftçi"də çıxış edən çilili forvard meydana çıxdığı 31 oyunda 24 qol vurub. |
|
Xəbər 814 dəfə oxundu. |
|
|