"Neftçi" hücumçu alır
"Neftçi" klubu Avropa Liqasının III təsnifat mərhələsində "Çixura" (Gürcüstan) səddini keçəcəyi təqdirdə bir hücumçu transfer edəcək.

Bu barədə klubun baş məşqçisi Böyükağa Hacıyev "Çixura" ilə ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, komandası Avroliqanın "pley-off" mərhələsinə vəsiqə qazanarsa, heyəti bir hücumçu ilə gücləndirəcəklər.

Qeyd edək ki, Bakıda "Çixura" ilə 0:0 bərabərə qalan "Neftçi" avqustun 7-də Gürcüstanda cavab matçına çıxacaq. Həmin matçın start fiti Bakı vaxtı ilə 22:00-da veriləcək.

Xəbər 806 dəfə oxundu.