Rodriqes Falkaonun "Real"a transfer olunmasını istəyir
"Real" (Madrid) klubunun yeni transferi Xames Rodriqes "Monako"dakı sabiq komanda yoldaşı Radamel Falkao haqda danışıb.

Rodriqes "Football Espana"ya açıqlamasında Falkaonun "Real"a gəlməsini istədiyini bildirib:

"Falkaonun "Real"da oynayacağına şübhə etmirəm. Ancaq onun hansı klubda oynaması ilə bağlı qərarı mən verməyəcəm. Hər şey klubun prezidentindən asılıdır. Bu keçid baş tuta bilər. Çünki Falkao "Real"a uyğun və səviyyəli futbolçudur. Onda qələbə əzmi var ki, Madrid klubunda da məhz bu tələb olunur. Ümid edirəm ki, Falkao "Real"a keçəcək".

Xəbər 926 dəfə oxundu.