Millimiz Rusiya yığması ilə qarşılaşacaq
"Avro-2016"nın seçmə mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi bəlli olub.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız bu il Braziliyada təşkil olunmuş dünya çempionatının iştirakçılarından olan Rusiya yığması ilə qarşılaşacaq.

Rusiya - Azərbaycan oyunu sentyabrın 3-də Moskva şəhərində keçiriləcək.

Xəbər 1031 dəfə oxundu.