Mini futbol üzrə rayon kuboku başa çatıb
“Sağlam həyat tərzini seç!” devizi altında gənclər arasında mini futbol üzrə rayon kuboku başa çatıb.

Siyəzən rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə iyulun 8-də start götürmüş yarışda 18 komanda 4 yarımqrupda mübarizə aparıb.

Ümumilikdə 200-ə yaxın gənci əhatə edən Rayon kubokunda şəhər məhəllələri ilə yanaşı, kənd bələdiyyələrinin komandaları da iştirak edib.

30 iyul 2014-cü il tarixdə keçirilən final görüşündə “Sədan 1” və “53-53” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda “53-53” komandası “Sədan” komandası üzərində 2:0 hesabı ilə qələbə çalaraq rayon kubokunun sahibi olub.

Mükafatlandırma mərasimində birinci və ikinci yerləri tutmuş komandalar rayon Gənclər və İdman idarəsinin fəxri-fərmanları ilə təltif edilib.

Xəbər 925 dəfə oxundu.