Türkiyə mətbuatı: "Qarabağ"ın tarixi zəfəri"
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın "Zalsburq" üzərində qələbə qazanması Türkiyə mətbuatının da marağına səbəb olub.

Ağdam təmsilçisinin zəfərini qardaş ölkənin "Cümhuriyyət" qəzeti "Qarabağ"dan tarixi zəfər" başlığı ilə oxucularına çatdırıb. Həmçinin, bu qələbə "NTVspor" saytında da əsas xəbərlər arasında yer alıb.

"Qarabağ" və "Legiya"nın gecəsi" başlığı altında verilən xəbərdə komandamızın "Zalsburq"a 2:1, "Legiya"nın isə "Seltik"ə 4:1 hesabı ilə qalib gəlməsi gecənin sürpriz nəticəsi kimi qiymətlənidirilib.

Xatırladaq ki, "Qarabağ" "Zaslburq"la qalib gəlməklə ÇL-ın III təsnifat mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası olub.

Xəbər 1100 dəfə oxundu.