Karlos Tevezin atası azad edildi
"Yuventus” klubunun argentinalı hücumçusu Karlos Tevezin atası azad olunub.

Səkkiz saat ərzində girov saxlanılan Xuan Alberto Kabralın durumu yaxşıdır.

Argentina mətbuatı cinayətkarların Tevezlər ailəsindən 400 min dollar aldıqdan sonra Kabralı sərbəst buraxdıqları yazıb.

Xatırladaq ki, dünən səhər saatlarında Tevezin atası quldurlar tərəfindən qaçırılmışdı.

Xəbər 738 dəfə oxundu.