"Qarabağ" - "Zalsburq" oyunu hansı kanalda?
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Zalsburq" matçı televiziya vasitəsi ilə canlı yayımlanacaq.

Qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsi ilə nümayiş etdiriləcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.

Xəbər 1084 dəfə oxundu.