Xedira "Real"ı "Bavariya"ya dəyişə bilər
"Arsenal" klubuna transfer olunacağı gözlənilən Madrid "Real"ının yarımmüdafiəçisi Sami Xedira Almaniyadan təklif alıb.

"Bavariya" klubu almaniyalı futbolçunu heyətinə cəlb etməyi planlaşdırır.

"Arsenal"la maliyyə məsələsində razılığa gələ bilməyən 27 yaşlı futbolçunun "Real"dan ayrılmaq istədiyi iddia olunur. Yüksək maaş təklif edəcəyi təqdirdə Xediranın "Bavariya"ya transfer olunacağı bildirilir.

Qeyd edək ki, Xedira 2010-cu ildə "Ştuttqart"dan "Real"a transfer olunub.

Xəbər 997 dəfə oxundu.