Atletikodan növbəti transfer
PSV-nin forvardı Zəkəriyyə Baqqalı karyerasını Atletikoda davam etdirəcək. Bu barədə De Telegraaf məlumat verib.

Qəzetin xəbərinə görə klublar artıq transferi həll ediblər.18 yaşlı belçikalıya görə ispanlar 2-3 milyon avro ödəyəcəklər.
Hazırda Baqqali yalnız klubla şəxsi müqaviləni razılaşdırır.

Futbolçunun PSV-lə müqaviləsi gələn il başa çatmalıdır. Dünənki iclasdan sonra hollandlar futbolçuya edilən yeni müqavilə təklifini geri götürüblər.

Xəbər 1336 dəfə oxundu.