"Arsenal" Jiru ilə müqavilə yeniləyir
"Arsenal" klubu hücumçusu Olivye Jiruya yeni müqavilə təklif edib.

London təmsilçisi fransız müdafiəçi ilə müqavilənin müddətini 2018-ci ilə qədər uzatmaq niyyətindədir.

Aleksis Sançezin transferindən sonra komandadan ayrılacağı gözlənilən 27 yaşlı futbolçu da "Arsenal"ın təklifini müsbət qarşılayıb və yaxın günlərdə tərəflər arasında yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, ötən mövsüm 36 oyunda forma geyinən Jiru 16 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 857 dəfə oxundu.