"Arsenal"dan Kasilyasa beş illik müqavilə
"Arsenal" klubu David Ospinanın ardından daha bir qapıçı ilə heyətini gücləndirməyi planlaşdırır.

London təmsilçisi "Real" (Madrid) klubunun qolkiperi İker Kasilyası transfer etmək istəyir.

"Topçular" artıq bu transferlə bağlı "kral klubu"na rəsmi təklif göndərib. "Arsenal" 33 yaşlı qolkiperlə 5 illik müqavilə imzalamaq niyyətindədir. Lakin "Real" rəhbərliyi hələlik bu təklifə heç bir münasibət bildirməyib. "Real"ın baş məşqçisi Karlo Ançelottinin "Levante"nin qapıçısı Keylor Navası transfer edəcəkləri təqdirdə Kasilyasın "Arsenal"a keçidinə icazə verəcəyi bildirilir.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Kasilyas 1999-cu ildən əsas komandanın şərəfini qoruyur.

Xəbər 1321 dəfə oxundu.