Skolarinin yeni komandası bəlli oldu
"DÇ-2014"dən sonra Braziliya millisi ilə yollarını ayıran Luis Felipe Skolarinin yeni komandası bəlli olub.

Təcrübəli mütəxəssis Braziliyanın "Qremio" klubunu çalışdıracaq.

"Qremio" ilə bütün məsələlərdə razılığa gələn Skolarinin komandası 12 oyundan sonra 19 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 65 yaşlı mütəxəssis 1987 və 1993-1996-cı illərdə "Qremio"nu çalışdırmışdı.

Xəbər 824 dəfə oxundu.