Karlos Tevezin atası girov götürüldü
Argentina millisi və “Yuventus”un hücumçusu Karlos Tevez gözlənilməz hadisə ilə üzləşib. Futbolçunun atası quldur dəstə tərəfindən girov götürülüb.

Ötən gün səhər saatlarında naməlum şəxs Tevezin atası Xuan Alberto Kabralı öz evindən qaçırıb. Argentina polisi də xəbəri təsdiqləyib. Quldur dəstə Kabralın müqabilində onun ailəsindən milyonlarla dollar istəyib.

Argentina qəzetlərinin yaydığı xəbərdə isə Kabralın artıq azadlığa buraxıldığı qeyd olunub.

Karlos Tevezin atasının qaçırılması xəbərini eşidəndən dərhal sonra Argentinaya yollandığı bildirilir.

Xəbər 871 dəfə oxundu.