Ronaldo hədəfini açıqladı | |
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo yeni mövsümdəki hədəfini açıqlayıb. İspaniya mətbuatına danışan portuqaliyalı futbolçu komandası ilə yeni mövsümdə 6 kubok qazanmaq istədiyini bildirib: "Klubum, texniki heyət, komanda yoldaşlarım və mən məşqlərdə əlimizdən gələnin ən yaxşısını edirik. Hər məşqin ilk dəqiqəsindən sonuna qədər sanki savaşıram. Əsas hədəfim "Real"la bütün kubokları qazanmaqdır. Yeni mövsümdə komandamla 6 kubok sevincini yaşamaq istəyirəm". |
|
Xəbər 809 dəfə oxundu. |
|
|