Ronaldinyo “Atletiko Mineiro”dan rəsmən ayrıldı
Məşhur braziliyalı futbolçu Ronaldinyo “Atletiko Mineiro”dan rəsmən ayrılıb.

Təcrübəli yarımmüdafiəçi intizamsızlıq etdiyi üçün komandadan qovulduqdan sonra onun qardaşı və meneceri Roberto Assis klub prezidenti Alexandro Kalillə görüşüb. Görüşdə Ronaldinyonun bu ilin dekabr ayına qədər olan müqaviləsinin ləğv olunmasına qərar verilib. Klub rəsmi saytında da xəbəri təsdiqləyib.

Roberto Assis qardaşının hələlik karyerasını başa vurmaq fikrində olmadığını deyib: “O, 42 yaşına qədər futbol oynayacaq”.

Qeyd edək ki, 33 yaşlı futbolçu çərşənbə günü təşkil edəcəyi mətbuat konfransında gələcək karyerası haqda məlumat verəcək.

Xəbər 784 dəfə oxundu.