Kolumbiyalı hücumçu AZAL-da
Yeni mövsümə hazırlıqlarını Boluda davam etdirən AZAL daha bir keçidi rəsmiləşdirib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, kolumbiyalı hücumçu Con Enrike Kordoba ilə iki illik ilə müqavilə imzalanıb.

Qeyd edək ki, buna qədər Con yalnız Cənubi Amerikada klublarında çıxış edib. Venesuelanın “Deportivo Lara”, “Deportivo Petare”, “Samora”, “Truxilyanos”, Boliviyanın “Bolivar” klublarının şərəfini qoruduqdan sonra o, vətəni Kolumbiyada “Deportivo Kukuta” və “Amerika de Kali”nin formasını geyinib.

Xatırladaq ki, Kordobo AZAl-ın yay fasiləsindı sayca 9-cu transferi olub. Daha öncə Asif Mirili, Stanislav Namaşko, Luis Ramos, Tomi Kostadinov ilə müqaviləyə bağlanıb, Novruz Məmmədov və Orxan Lalayevi “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadə isə “Qarabağ”dan icarəyə götürüb.

Xəbər 1026 dəfə oxundu.