"Mançester Yunayted" Arda Turanı istəyir
"Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Türkiyəli futbolçu ilə "Mançester Yunayted" klubu yaxından maraqlanır.

Son 18 ayda Ardanı yaxından izləyən Mançester təmsilçisinin artıq "Ateltiko" ilə rəsmi danışıqlara başladığı bildirilir. İngilis klubu 27 yaşlı futbolçunun transferi üçün "Atletiko"ya 16 milyon funt-sterlinq ödəməyə hazırdır. Lakin Madrid təmsilçisi Ardanı daha yüksək məbləğ təklif edən "Monako"ya satmaq istəyir.

Qeyd edək ki, Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya transfer olunub.

Xəbər 902 dəfə oxundu.