"Qızıl Qran Pri" turnirinə həsr olunmuş mətbuat konfransı / DƏVƏT
Sabahdan Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi başlayır. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək və turnirdə 35 ölkədən dünyanın 400-ə yaxın ən güclü pəhləvanları mübarizə aparacaq.

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Turnirin rəsmi açılış mərasimi iyulun 25-də saat 17:00-da baş tutacaq.

İlk yarış günündə saat 13:00-da FİLA nümayəndələri, AGF rəsmiləri və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini (Heydər Əliyev Sarayının qarşısında) ziyarət edəcək, abidənin önünə əklil qoyacaq, ulu öndərin xatirəsini ehtiramla yad edəcəklər.

Sabah saat 16:30-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində FİLA Prezidenti Nenad Laloviçin iştirakı ilə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Xəbər 920 dəfə oxundu.