İki boksçumuz medalı özlərinə təmin etdi
İtaliyanın Assisi şəhərində keçirilən yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyində yarımfinalçılar məlum olub. Milli komandamızın iki üzvü – Məryəm Cəbrayılova və Alina Hacıyeva (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər. Cəbrayılova ¼ finalda irlandiyalı Klara Şheedi üzərində qələbə qazanıb. Boksçumuz yarımfinalda İtaliya təmsilçisi Florida Monika ilə üz-üzə gələcək. Alina Hacıyeva isə finala gedən yolda Ukrayna idmançısı Anastasiya Stankeviçlə qarşılaşacaq. Digər boksçumuz Aliyə Vəlizadə (54 kq) isə ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.

Yarımfinal görüşləri iyulun 26-da, final qarşılaşmaları isə bir gün sonra keçiriləcək.

Xəbər 1219 dəfə oxundu.