Mourinyo Droqba transferini təsdiqlədi
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo keçmiş futbolçusu Didye Droqbanı komandasında görmək istədiyini təsdiqləyib.

O deyib ki, bununla bağlı Fil Dişi Sahilli hücumçu ilə danışıqlar davam edir:

"Droqbanın "Çelsi"yə qayıtmasını istəyirik. O, Avropanın ən yaxşı hücumçusudur. Droqba "Çelsi" tarixinin ən önəmli futbolçularından biridir. Onunla bir və ya bir neçə illik müqavilə imzalaya bilərik".

Xəbər 859 dəfə oxundu.